İranda ümummilli etirazların yatırılması zamanı həbs olunan reper Tomaj Salehinin təcili müalicəyə ehtiyacı var.
Avaz.biz xəbər verir ki, bu barədə Qərargahı Nyu-Yorkda yerləşən İran İnsan Haqları Kampaniyası məlumat verib. Təşkilat reperə yaxın mənbələrə istinadla bəyanat yayaraq, onun həbsxanada təmin edilə bilinməyən təcili müalicəyə ehtiyacının olduğunu bildirib.
Qeyd edək ki, hazırda İranın mərkəzindəki Dəstgərd həbsxanasında təkadamlıq kamerada saxlanılan Tomaj Salehi ölüm hökmü ilə nəticələnə biləcək "yer üzərində fəsad və müharibə salmaq" ittihamı ilə üzləşir.
Kamran İsayev