AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

“Time” jurnalının iranlı simaları

23:09, 01 May 2023 👁 Oxunub: 156

“Time” jurnalı 2023-cü il üçün "100 nüfuzlu sima" siyahısında incəsənət, siyasət, liderlik, əyləncə, elm və aktivlik kimi sahələrdə qabaqcıl şəxsiyyətləri təqdim edib.

“Üçün” mahnısının ifaçısı Şərvin Hacıpur, Məhsa Əmininin ölümü ilə bağlı hadisələri reportaj şəklində işıqlandıran iki jurnalist - Nilufər Hami və İlahə Məhəmmədi "Time" jurnalının “100 nüfuzlu sima” siyahısına daxil ediliblər.

Şərvin Hacıpur ümummilli etirazların ilk günlərində iranlı istifadəçilərin sosial şəbəkələrdəki paylaşımlarından ilhamlanaraq “Üçün” mahnısını oxuyub və yayımlayıb. O, bu mahnıda İran xalqının iqtisadi problemləri, sinfi uçurumlar, sosial təzyiqlər və ekoloji problemlərə toxunub.

Avaz.biz