AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Məhəmməd Füzulini alçaldan iranlı professordan sərsəm açıqlamalar  

11:30, 11 May 2023 👁 Oxunub: 77

Tehranın “Əllamə Təbatəbayi” Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, siyasi ekspert Ehsan Movəhhediyan növbəti dəfə anti-Azərbaycan fikirlər səsləndirib.

Avaz.Biz xəbər verir ki, Ermənipərəst mövqeyi ilə seçilən bədnam siyasi şərhçi bu dəfə  Tvitterdə  dahi Azərbaycan şairi Məhəmməd Füzulini alçatmağa çalışaraq, digər tərəfdən fars şairi Firdovsini tərifləyib. - Fars dilinə qarşı mübarizə aparmaq üçün Füzulini Firdovsiyə qarşı çıxarmaq rəzillikdir və heç bir nəticəsi olmayacaq. Pantürklər türk tarixini və ədəbiyyatını alt-üst etməklə, əldə etdikləri təkcə Füzuli olub. Onun da fars və ərəb dillərində çoxlu şeirləri var. Həm də, onun türkcə leksikonuna bir çox fars sözləri qarışıb. Hansı ki, onlar 100 il əvvələ qədər Bakıda (Azərbaycanı nəzərdə tutur-red.) və Türkiyədə yayılmışdı,- ekspert sərsəm fikirlər yazıb. O həmçinin qeyd edib ki, "Farsca danışanlar Firdovsinin fars dilinin yaşadılmasında müstəsna rolu olduğuna görə onu vurğulayırlar. Amma Füzuli heç bir ədəbi sahədə seçilmir və hər hansı tarixi fəaliyyət göstərməyib. Onu qabartmaq yalnız pantürklərin fars dili ilə mübarizə aparmaq məqsədi güdür, çünki Səfəvi dövrünün şairləri belə fars dilində şeirlər yazıblar”. Qeyd edək ki, iranlı professor ölkəsində tez-tez Azərbaycan əleyhinə açıqlamalar, ermənipərəst fikirləri ilə gündəmə gəlir. Turqut Avaz.Biz