AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Cümə imamları Firdovsinin təbliğinə başladılar

12:30, 13 May 2023 👁 Oxunub: 216

Əli Xameneyinin əyalətlərdəki nümayəndələri və şəhərlərin cümə imamları Firdovsini təbliğ etmək barədə təlimatlandırılıblar.

Bu barədə İran Mədəniyyət və İrşad Nazirliyi bütün cümə imamlarına sərəncam göndərib. İranda fars dili, ədəbiyyatı və mədəniyyətinin təbliğinin genişləndirilməsi və gücləndirilməsi ilə bağlı göstəriş verildikdən sonra cümə imamları bununla məşğul olmağa başlayıblar. Mayın 12-də İranın bir neçə şəhərində cümə namazları çıxışlarında Firdovsi barədə danışılıb. Əli Xameneinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi və Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim Əbülqasim Firdovsi gününün yaxınlaşdığına işarə edərək, şairlərin onu örnək götürmələrini təklif edib. "İran xalqı üçün şeir xüsusi əhəmiyyət daşıyır. Xüsusilə bu şairin şeirləri (Firdovsi). Ümid edirəm ki, indiki şairlər onun yolu və düçüncəsini davam etdirəcəklər", - cümə imamı bildirib. Qeyd edək ki, cümə imamlarının həftəlik çıxışlarının əsas istiqaməti Əli Xameneinin ofisi tərəfindən müəyyənləşdirilir. Hər il 25 may İranda Firdovsi günü kimi qeyd edilir. Avaz.Biz