AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranda mollalar dini deyil, fars dili və ədəbiyyatını təbliğ edirlər

09:52, 16 May 2023 👁 Oxunub: 82

Son həftələr İranın ali dini lideri Əli Xameneyinin əyalətlərdəki nümayəndələri və şəhərlərin cümə imamları fars dili və ədəbiyyatının təbliği ilə məşğul olmağa başlayıblar.

Avaz.Bizxəbər verir ki, bu barədə yerli mediada məlumatlar yayılıb. Bildirilir ki, bu qəbildən olan cümə imamlarından biri də Xameneyinin Simnan əyalətindəki nümayəndəsi Mürtəza Mütiidir. O, səhaliyyətinə aid olmasa da bəyanat yayaraq fars dilinə xələl gətirən təbliğat vasitələrini tənqid edib. Simnan şəhərinin cümə imamı təbliğat sahəsində qeyri-fars sözlərdən istifadənin yolverilməz olduğunu deyib və bunun qarşısının alınması üçün daha ciddi tədbirlər görülməsini tələb edib. Qeyd edək ki, son günlər 15 may "Firdovsi günü" ilə bağlı İranda cümə imamlarına da Firdovsinin və "Şahnamə"nin təbliği ilə bağlı göstəriş verilib. Mayın 12-də İranın bir neçə şəhərində cümə imamları cümə namazlarındakı çıxışlarında Firdovsi və onun "Şahnamə"si barədə çıxışlar edib, fars dilinin inkişafının vacibliyindən danışıblar. Avaz.Biz