AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

"İran barədə konkret plan yoxdur" - Senatorlar Baydeni tənqid ediblər

12:14, 17 May 2023 👁 Oxunub: 38

Bur qrup senator İranla bağlı qeyri-müəyyən siyasətə görə, Co Bayden adminstrasiyasını tənqid edib.

Parlamentarilər bildirib ki, mayın 16-da keçirilmiş məxfi toplantıdan sonra da Bayden administrasiyasının İran barədə yığcam planı yoxdur. Senatorlardan bəziləri, o cümlədən respublikaçı Coş Havley bu toplantının faydalı keçmədiyini bildirib. “Toplantı faydalı olmayıb. Bayden iqtidarının İran barədə həqiqətən yğıcam planının olduğunu bilmirəm. Bayden administrasiyasının üzvləri toplantıda senatorlara heç bir məxfi və yeni bir plan olduğu barədə danışmadılar”-deyə, o, bldirib. Respublikaçı senator Con Kenedi isə toplantıdan sonra belə deyib: “Embarqolar İranın və Rusiyanın hərəkətlərini yavaşıtsa da lakin dayandıra bilməyib. Bayden administrasiyasından soruşsanız embarqolardan savayı hansı planınız var, heç bir cavabları yoxdur”. Senator Kenedi bildirib ki, İranla elə bir anlaşma lazımdır ki, ona əsasən Tehran nüvə bombasını istehsal etməyə bütün parçalana bilən nüvə maddələrini və bacarıqlarını bir tərəfə qoysun. "Həmçinin beynəlxalq müfəttişlərə icazə verməlidir ki, istədikləri vax nüvə saytlarını təftiş etsinlər”-deyə, Kenedi əlavə edib. Avaz.Biz