Bu barədə məlumat verən urmulu sosial media fəalları, abidənin bərpası və qorunması üçün Mədəni İrs Təşkilatına edilən müraciətlərin cavabsız qaldığını yazırlar.
Onlardın bildirdiyinə görə, Qacarlar dövrünə aid tarixi tikili bir neçə ildir təmir adı ilə bağlanan Hidayət məktəbinin yenidən qurulması ilə bağlı heç bir addım atılmadığı üçün abidənin tavanı çökmək üzrədir.
Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Urmu şəhərində onlarla tarixi abidə bu vəziyyətdədir.
Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.
Avaz.Biz