AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Çin vətəndaşı İrana silah ötürülməsində ittiham olunub

16:32, 17 May 2023 👁 Oxunub: 50

Amerika Çin vətəndaşını İran üçün silah təminində və embarqoları pozmaqda ittiham edib.

Məlumata görə, həmin çinli öz ölkəsindədir və hələ saxlanılmayıb. O, həmçinin İrana embarqoları aşmağa köməklik, bank fırıldaqçılığı, çirkli pulların yuyulması və İranın hərbi sənayesində istifadə olunan maddələrin çatdırılmasında ittiham olunur. Amerikanın Ədliyyə Nazirliyi həmin çinlinin Şancianq Kiao adlı şəxs olduğunu bildirib. O, Çində yerləşən qrafit və karbon istehsalçısı “Sinotech Dalian”da işləyir. Sözügedən şəxs həmin müəssisənin hərbi təchizatın istehsalı üçün hissələrin alınmasında İrana köməklik etdiyinə görə 2014-cü ildə Amerikanın Maliyyə Nazirliyi tərəfindən sanksiyalar siyahısına salınıb. Amerikanın Manhetten Ştatının federal prokuroru bildirib ki, Çin vətəndaşı raketlərin nozellərinin istesalında istifadə edilən yüksək “isostatik qrafit"in 2019-cu ildən 2022-ci ilədək təmin edilməsi ilə bağlı İrana yardım edib. Həmçinin o, şirkətin adına olan bank hesabı ilə bir Amerika bankından 15 min dollar ala bilmək üçün transaksiya edib. Avaz.Biz