AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İstanbulda özlərini polis kimi təqdim edən üç iranlı saxlanılıb

14:12, 18 May 2023 👁 Oxunub: 126

İstanbulda özlərini polis kimi təqdim edən və yoxladıqları xarici ölkə vətəndaşlarının pullarını oğurlayan üç iranlı saxlanılıb.

Avaz.Biz TurkicWorld-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində həmin şəxslər həbs olunub. Aparılan araşdırmada polis əvvəlcə şübhəlilərin istifadə etdikləri avtomobilin nömrəsini, sonra isə şəxsiyyətlərini müəyyən edib. İran əsilli olduğu öyrənilən şübhəlilərdən Səid R. (30), Fərhad K. (42), Hüseyn R. (37) nəzarət altına alınıb. Həbs olunan iranlıların cəsus olduğu ehtimal edilir. Faktla bağlı araşdırmalar aparılır. Avaz.Biz