Bu barədə güneyli sosial media fəalları məlumat yayaraq fotolar paylaşıblar.
Səfəvilər dövründə inşa edilən və Azərbaycanın ən böyük tarixi karvansaralarından biri olan tikilinin qanunsuz tarixi əşya qaçaqmalçıları tərəfindən dağıdıldığı bildirilir.
Fəallar tarixi abidənin bərpası və qorunması ilə bağlı əyalətin Mədəni İrs Təşkilatına müraciət etdiklərini, ancaq müsbət cavab ala bilmədiklərini yazıblar.
Vərziğan karvansarası 19 mart 2007-ci ildə 18912 qeydiyyat nömrəsi ilə İran milli əsərləri siyahısına salınsa da, bərpasına vəsait ayrılmayıb.
Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Təbrizdə onlarla tarixi abidə yox olmaq üzrədir.
Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.
Avaz.Biz