AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

"Edam hökuməti istəmirik" - İranı yenidən nümayişlər bürüdü - ZORAKILIQ FOTOLARI 

11:05, 20 May 2023 👁 Oxunub: 42

İsfahan şəhərinin Dəstgerd həbsxanasında üç etirazçı gəncin edamından sonra İranda gərginlik artıb. Ölkənin bir sıra şəhərlədinə etiraz nümayişləri keçirilib.

Gecə saatlarında Tehran, Kərəc, Bəndər Abbas, İsfahan, Soyuqbulaq, Zahidan və başqa bir neçə şəhərdə keçirilən aksiyalarda başda İran rəhbəri Əli Xameneyi olmaqla hökumət əleyhinə şüarlar səsləndirilib. Kütləvi aksiyalarda "rədd olsun diktator", "edam hökuməti istəmirik", "edamlar davam etsə qiyam olacağını demişdik, "ölüm olsun edam hökumətinə" şüarlar səsələndirilib, etirazçılarla hökumət məmurları arasında qarşıdurma baş verib. Hüquq-mühafizə xidməti əməkdaşları nümayişləri dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib, xeyli sayda etirazçı xəsarət alıb. Yerli sosial media fəalları və xarici medianın yaydığı məlumat, foto və videolarlardan aydın olur ki, Kərəcin Qohərdəşt həbsxanasının qarşısına toplaşan nümayişçilərə qarşı xüsusi qəddarlıq göstərilib. Həbsxana qarşısına toplaşan edama məhkum edilmiş məhbusların ailə üzvləri möhkəm döyülüb, onlarla qadın yaralanıb. Xeyli sayda nümayişçi həbs edilərək naməlum istiqamətə aparılıb. Avaz.Biz