AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

"Xameneyiyə ölüm olsun!" - İsfahanlılar küçələrə axışdılar - VİDEO

11:55, 20 May 2023 👁 Oxunub: 35

İranda etiraz dalğası genişlənməkdədir. Ayrı-ayrı bölgələrdə əhali küçələrə çıxaraq edamları pisləyir, ümumilikdə molla rejiminin idarəçiliyinə qarşı çıxırlar.

"Azad İran" teleqram kanalının yaydığı məlumata görə növbəti belə nümayiş İsfahanda baş tutub. Şəhərdə molla rejiminə qarşı etirazlar alovlanıb, əhali küçələrə axışır. İnsanlar molla hökumətinə qarşı "Edam hökumətinə ölüm olsun!", "Xameneyiyə ölüm olsun!", "Diktatora ölüm olsun!" şüarları ilə çıxışlar ediblər. Avaz.Biz