AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Əli Şəmxani istefaya göndərildi

13:50, 22 May 2023 👁 Oxunub: 67

Bu gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin vəzifəsindən kənarlaşdırılacağı ilə bağlı xəbər vermişdik. Həmin xəbərdən bir neçə saat keçməmiş İran prezidentinin fərmanı ilə Əli Şamxani Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə isə Əli Əkbər Əhmədian təyin olunub.

Avaz.Biz İran mətbuatına istinadən bildirir ki, hərbi rütbəsi yerli media resurslarında admiral kimi göstərilən Əli Əkbər Əhmədian 1961-cı ildə Kirmanın Babək şəhərində anadan olub və Məsləhət Şurasının üzvüdür. İnqilabdan sonra o, SEPAH Hərbi Dəniz Qüvvələrinin komandirini əvəz edib və bir müddət sonra SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı, sonra isə 1979-cu ildə SEPAH-ın Birləşmiş Qərargahının rəisi təyin edilib. Əvvəllər İnqilab Keşikçiləri Strateji Mərkəzinin rəhbəri və İmam Hüseyn Universitetinin komandiri vəzifələrində çalışmış Əhmədian 2021-ci il 20 sentyabrdan etibarən Məsləhət Şurasının üzvü seçilib. Kamran İsayev

Avaz.Biz