Avaz.BizTürkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində İsrailin xarici kəşfiyyat xidməti - “Mossad” tərəfindən Avropada təlim keçmiş Səlcuq Küçükkaya və daha 12 nəfər ələ keçirilib.
Məlumata görə, S.Küçükkaya qruplaşmanın lideri olub.
Bildirilib ki, İstanbul Baş Prokurorluğunun il yarım qabaq başlatdığı istintaq çərçivəsində casusların ələ keçirilməsi istiqamətində MİT və Baş Prokurorluq arasında koordinasiyalı addımlar atılıb. Qruplaşma il yarım ərzində daim diqqətdə olub, addım-addım izlənib.
Qeyd olunub ki, S.Küçükkaya və “Mossad” üzvləri arasında müzakirələr adətən Avropanın müxtəlif ölkələrində baş tuturmuş. S.Küçükkaya həmin danışıqlar zamanı müxtəlif sınaqdan keçib. Beşinci görüşdə S.Küçükkayaya casusluq təklif olunub.
Məlumata görə, daha 2 şübhəlinin ələ keçirilməsi istiqamətində işlər davam edir.
Agentlərin İranla yanaşı, həm də İsrail və Rusiya ilə əlaqədə olduqları vurğulanıb.
Avaz.Biz