AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Məşhur iranlı müğənni İstanbulda həbs edildi

12:41, 24 May 2023 👁 Oxunub: 127

İranlı müğənni Siyamək Sahibdil Türkiyədə saxlanılıb. Bu barədə Türkiyənin Anadolu xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Almaniyaya uçmaq istəyən iranlı müğənni və həyat yoldaşı Səhər Heydərzadə İstanbul hava limanında Türkiyə polisi tərəfindən həbs edilib. Cütlüyün Kolumbiya və Böyük Britaniya saxta pasportları ilə Türkiyədən çıxmaq istədikləri bildirilib. Onların saxta sənədləri hava limanındakı məmurlar tərəfindən alındıqdan sonra cütlük qaçaraq Tehrana uçmağa hazırlaşan İran təyyarəsinə miniblər. Təyyarənin uçuşunun qarşısı alınıb və Siyamək Sahibdillə həyat yoldaşı həbs ediliblər. Avaz.Biz