AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Tehran İrəvanla Araz və Mehri Azad Ticarət Zonasının yaradılması barədə razılığa gəlib

10:53, 25 May 2023 👁 Oxunub: 25

İranın Azad Ticarət Zonaları Ali Şurasının maliyyə institutlarının üzrə koordinatoru Zohre Bəhrebər bu gün səhər İrəvanla birgə azad iqtisadi zonalarla bağlı xüsusi iclasda maraqlı fikirlər səsləndirib.

İranın Azad Ticarət Zonaları Ali Şurasının maliyyə institutlarının üzrə koordinatoru Zohre Bəhrebər bu gün səhər İrəvanla birgə azad iqtisadi zonalarla bağlı xüsusi iclasda maraqlı fikirlər səsləndirib. O, deyib: “İran və hədəf ölkələr arasında birgə azad ticarət zonalarının yaradılması Azad İqtisadi Zonaları Ali Şurasının Katibliyinin gündəliyindədir, biz bu məsələnin reallaşmasının vacibliyini vurğulamışıq və onların formalaşması yönündə səylərimizi davam etdiririk”. Bəhrebər Araz və Mehri Azad Ticarət Zonasının yaradılmasına çalışdıqlarını bildirib: “Bu məsələnin reallaşması üçün İran prezidentinin müşaviri və Azad İqtisadi Zonaların Ali Şurasının katibi Ermənistanın Tehrandakı səfiri Arsen Avaqyanla görüşüb, danışıqlar aparıb”. “Mərkəzi Asiya ölkələrinin bir çoxu Şərq-Qərb dəhlizinin yaradılması üzərində çalışır və Araz Azad Ticarət Zonası sözügedən dəhlizin üzərində yerləşdiyinə görə mühüm rol oynaya bilər”,- Bəhrevər deyib. (Fars News) Avaz.Biz