AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranla Rusiyanı birləşdirəcək yolun inşasında Çin şirkəti də iştirak edəcək

18:10, 25 May 2023 👁 Oxunub: 43

Çinin Şençjen şəhərində yerləşən “Jilin Jingguan” elektrik şirkəti  yeni enerji istehsalı müəssisələrinin yaradılması məqsədilə İranla Rusiya arasında yolun tikintisinə dair anlaşma memorandumu imzalayıb.

Avaz.Biz “Amerikanın Səsi” radiosuna isinadən bildirir ki, sözügedən memorandum Çin şirkəti və Rusiyanın Yaxın Şərq Ticarət və sənaye palatası arasında imzalanıb. Şirkət ümumi dəyəri 1,4 milyard Çin yuanı olan 70 optik yaddaş və akkumulyator doldurma stansiyasının, habelə dəyəri 68 milyard yuanlıq (9,8 milyard dollar) 3400 akkumulyator doldurma qurğusunun inşasını planlaşdırır. Yolun ümumi uzunluğu 3500 km olacaq. Bu dəmir yolu xətti Şimal və Cənub arasında Hindistan, İran, Azərbaycan və Rusiyanı birləşdirən beynəlxalq nəqliyyat marşrutunun bir hissəsidir. Avaz.Biz