Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun yaydığı məlumata görə, polis əməkdaşlarının rayonun Əhmədli kəndi ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakini Kənan Muradlı saxlanılıb. Ondan 8 kiloqramdan artıq heroin və tiryək, eləcə də 150 ədəd güclü təsiredici xassəyə malik metadon və tramadol həbləri aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı K.Muradlı ondan aşkarlanmış narkotik vasitələri “Baba” şərti adlı İran sakininin vasitəsi ilə sərhədyanı bölgədə yerləşən Beyləqan rayonunun Əhmədli kəndində gizlədildiyi və oradan götürərək satıb pul qazanmaq məqsədi ilə əldə etdiyini deyib.
Faktla bağlı cinayət işi başlanılıb, K.Muradlı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Avaz.Biz