AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranın məhkəmə hakimiyyəti edamlara haqq qazandırır

14:35, 31 May 2023 👁 Oxunub: 78

Son vaxtlar İranda edamların sayının artması həm ölkə daxilində, həm də beynəlxalq aləmdə rəsmi Tehranın ünvanına səsləndirilən  ittihamları daha da sərtləşdirib. Amma İran hakimiyyətinin hərəkətləri və bəyanatları  teokratik rejimin repressiya siyasətini davam etdirmək niyyətində olduğundan xəbər verir.

Avaz.Bizbildirir ki, istənilən ölkədə qanunlar çərçivəsində ədalətli qərarların çıxarılmasına məsuliyyətli olan məhkəmə hakimiyyəti İranda tam fərqli missiyanı yerinə yetirir. Daha dəqiq desək, teokratik rejimin maraqlarına uyğun şəkildə hərəkət edir. Təsadüfi deyil ki, İran məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni Ajei etiraz aksiyalarının bir sıra iştirakçılarına edam hökmünün verilməsində bu orqanın fəaliyyətini müdafiə edib. “Qadın, Həyat, Azadlıq” etirazları ilə əlaqədar olaraq, qanuna uyğun şəkildə əməllərinə və cinayətlərinə görə edam ediliblər. Edam edilməli olanlara gəldikdə isə, heç bir güzəştə gedilmədən və təbii ki, qanuni standartlara və ədalətə tam riayət etməklə onlara verilən cəzalar icra olunacaq”, - Ajei deyib. Məhkəmə hakimiyyəti rəhbəri hüquqi standartlara tam əməl olunmasından, insaf və ədalətdən danışsa da, İnsan haqları təşkilatlarının çoxsaylı hesabatları göstərir ki, İranın məhkəmə sistemi bir çox məhbusun işi üzrə məhkəmə prosesinə uyğun gəlmir və müttəhimlərin müdafiəçi ilə görüşmək imkanı yoxdur. Bu isə, hakimiyyət bölgüsü prinsipinə görə, qanunverici və icraedici orqanlar arasında arbitr rolunda çıxış etməli olan məhkəmə hakimiyyətinin, əslində, İranda vətəndaşlara qarşı aparılan repressiya siyasətinin vacib aktyorlarından birinə çevrildiyiyni sübuta yetirir. Sahil İsgəndərov Kamran İsayev Avaz.Biz