AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Mədəni fəal Əkbər Azad sürgünə göndərilir

14:49, 31 May 2023 👁 Oxunub: 154

Tehranın Baharistan Ümumi və İnqilab Prokurorluğundan Tehranda yaşayan güneyli mədəni fəal Əkbər Azada çağırış göndərilib.

Bu barədə fəalın özü məlumat yayıb. Bildirilir ki, göndərilən çağırışda ondan 10 gün ərzində Baharistan Ümumi və İnqilab Prokurorluğun Qərarların İcrası İdarəsinin 2-ci bölməsinə getməsi istənilib. Qeyd edək ki, bu, Əkbər Azadın sürgün cəzasının icrası ilə əlaqədardır. O, bundan öncə dinc mədəni fəaliyyətlərinə və Beynəlxalq Ana Dili Günün münasibətilə keçirilən tədbirə qatıldığına görə iki il həbs və iki il sürgün cəzasına məhkum edilib. Avaz.Biz