AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

BƏƏ “Wall Street Journal”ın xəbərini təkzib edib  

16:16, 31 May 2023 👁 Oxunub: 146

“Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İran tərəfindən “neft tankerlərinin ələ keçirilməsinə ABŞ-dan daha ciddi cavab istəməsi” ilə bağlı “Wall Street Journal”ın xəbəri iki ölkə arasındakı danışıqların “yalançı mənzərəsini” verir”. BƏƏ rəsmiləri belə bəyanatla çıxış ediblər.

Avaz.Biz bildirir ki, Amerikanın məşhur “Wall Street” qəzeti öz hesabatında İranın iki neft tankerini ələ keçirməsindən sonra Fars körfəzindəki İran məsələsi ilə bağlı daha ciddi tədbirlər görmək üçün BƏƏ-nin ABŞ-a “təzyiq” etdiyini və bundan sonra ABŞ Hərbi Dəniz qüvvələrinin Fars körfəzi regionunda dəniz patrullarının sayını artırdığını yazıb. Lakin Əmirlik rəsmilərinin açıqlamasında ölkənin təhlükəsizlik əlaqələrini qiymətləndirdikdən sonra, BƏƏ-nin iki ay əvvəl ABŞ-ın rəhbərlik etdiyi Yaxın Şərq Dəniz Təhlükəsizliyi alyansından çıxdığını vurğulanıb. Bununla belə, Əmirlik səlahiyyətliləri regionun təhlükəsizliyini və sabitliyini inkişaf etdirmək üçün dialoq və diplomatik qarşılıqlı fəaliyyətə, beynəlxalq qanunlara uyğun şəkildə sularında gəmiçilik təhlükəsizliyini təmin etməyə BƏƏ-nin sadiq qaldığını bildiriblər. Sözügedən Təhlükəsizlik koalisiyası ABŞ-ın Bəhreyndəki hərbi dəniz bazasında yerləşən 34 ölkədən ibarət işçi qrupdur. Avaz.Biz