AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranın "Simurq"u nəhayət ki, havaya qalxdı

16:04, 31 May 2023 👁 Oxunub: 97

İranın yerli istehsalı olan “Simurq” adlı nəqliyyat təyyarəsi ölkənin səlahiyyətli şəxsləri tərəfindən təqdim edildikdən bir il sonra ilk uçuşunu uğurla başa vurub.

Avaz.Bizxəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, sınaq uçuşu çərşənbə axşamı İsfahan şəhərindəki aviabazada həyata keçirilib. Mərasimdə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri iştirak edib. “Simurq” təyyarəsi Müdafiə Nazirliyinin tabeliyində olan İran Aviasiya Sənaye Təşkilatı tərəfindən layihələndirilib və istehsal edilib. İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, belə bir təyyarənin hazırlanmasında məqsəd ölkənin müdafiə qabiliyyətini artırmaqdır. İranın rəsmi xəbər agentliyi olan İRNA-nın məlumatına görə isə yeni nəqliyyat təyyarəsi güclü manevr qabiliyyətinə malik olmaqla yanaşı, yüngül və sürətlidir, yüksək yükgötürmə funksiyası da var. İddia olunur ki, "Simurq" təyyarəsi İranın quru və dəniz qüvvələrinin ölkə daxilindəki bazaları arasında qoşun və texnika daşımaq imkanlarını gücləndirəcək. Təyyarə mifologiya və ədəbiyyatda mistik quş olan Simurqun şərəfinə adlandırılıb. Qeyd edək ki, İran son zamanlar hərbi gücünü durmadan artırır. Rəsmi Tehran hətta bu günlərdə yenilənmiş ballistik raketini təqdim etdmişdi. Turqut Avaz.Biz