Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
“Tabnak” saytında dərc olunan xəbərə görə, Mandana kinoteatrının direktoru Məhəmməd Qased Əşrəfi məlumatı təsdiqləyib.
“Tehranın 8-ci rayon prokurorluğunun göstərişi ilə şənbə günündən etibarən “əxlaq polisi” tərəfindən kinoteatr möhürlənib. Polis kinoteatrın möhürlənməsinin səbəbini tamaşaçıların hicab taxmaması ilə əlaqələndirib və bizə 12 yaşlı hicabsız qızın qısa şalvar geyinməsi, habelə başqa bir qadının da hicabsız olduğunu sübut edən iki şəkil göstərib”, - deyə o, jurnalistlərə bildirib.
Avaz.Biz