AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

SEPAH və Hizbullahın milyonlarla dollarlıq kriptovalyutası İsrailin əlinə keçib

14:45, 28 İyun 2023 👁 Oxunub: 107

Terrorçu təşkilatlarla ən təsirli mübarizə metodlarından biri onların maliyyə resurslarından məhrum edilməsidir. Bu baxımdan, İsrail hökumətinin apardığı siyasət ciddi uğurlar qazanmağa imkan verir.

Avaz.Biz İsrailin müdafiə naziri Yoav Qallanta istinadən bildirir ki, Təl-Əviv son günlərdə “geniş və görünməmiş əməliyyatla” İranın milyonlarla dollar həcmində kriptovalyutasını ələ keçirib. Yoav Qallant həmin resursların İran tərəfindən terror məqsədləri üçün ayrıldığını bildirib. “Bu əməliyyat bu qruplardan İsrailin indiyədək ələ keçirdiyi ən böyük rəqəmsal valyutadır. Sözügedən kriptovalyuta resursları “xüsusi olaraq terror məqsədləri üçün ayrılıb” və “çirkli pulların yuyulması” yolu ilə bu qruplara verilməli idi. Bu kriptovalyutalar SEPAH Qüds Qüvvələri və Livan "Hizbullahı"nın valyutanı gizlətmək üçün yeni üsullarından istifadə edərkən aşkarlanıb. Terrorizmi maliyyələşdirməklə məşğul olan və ya terrorçu agentlərlə maliyyə əlaqəsi olan hər kəs bilməlidir ki, onlar da hədəfdirlər. İsrail onlarla terror yolunu seçmiş və ya terroru əmr edən şəxslər kimi davranacaq”, - Qallant vurğulayıb. Lakin israilin müdafiə naziri bu məbləğin necə ələ keçirildiyini, bununla əlaqədar agentlərin müəyyən edilərək həbs olunub-olunmadığını və ələ keçirilən dəqiq məbləği açıqlamayıb. Avaz.Biz