AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Tehran türk festivalının keçirilməsinə icazə vermədi

12:37, 08 İyul 2023 👁 Oxunub: 278

İslam Mədəniyyəti və İrşad Nazirliyi ilk türk ənənə və klassika festivalını ləğv edib.

Tədbirin keçirilməsinə 4 gün qalmış ETTELAAT Nazirliyi və panfarsist qurumlarının təzyiqi ilə festival ləğv olunub. “Ölkədə Türk Dillilərin İlk Ənənə və Adətləri Festivalı” adlı tədbirin iyulun 3-dən 6-dək Əmir Sahaminin katibliyi ilə Güney Azərbaycanın Zəngan şəhərində keçirilməsi nəzərdə tutulmuşdu. Festivalda 11 teatr tamaşasının və 10 aşıq musiqisi əsərinin iştirakı planlaşdırılmışdı. “Katibliyə göndərilmiş 40 əsərdən Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəngan və Quzey Xorasan əyalətlərindən olmaqla 11 teatr tamaşası festivala vəsiqə qazanıb. Əsərlər 2 ifada “Ağ Qoyun, Qara Qoyun”, “Təkəm”, “Üz Yığma”, “Su dəbləri” anlamında olan “Ayin Ab”, “Saray”, “Kosa və Keçəl”, “Koroğlu və Cəfər Paşa”, “Təkəmçi Məhəmməd”, “Yenə yarpaqları tökülür” və “Garaylı” tamaşalarından ibarətdir”, - Əmir Sahami İRNA dövlət agentliyinə müsahibəsində bildirib. Avaz.Biz