AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Sudani: İrana borcu ödəmək üçün Amerika ilə məsləhətləşirik

13:15, 02 Avqust 2023 👁 Oxunub: 44

Bağdad qaz idxalına görə İrana olan 10 milyard dollarlıq borcunu ödəmək üçün ABŞ ilə danışıqlar aparır.

Avaz.Biz İraqın baş naziri Məhəmməd Şia Əs-Sudaniyə istinadən bildirir ki, bu vəsaitin Omana köçürülməsini təmin edəcək variantın tapılması üzərində də iş gedir. “9,2 milyard avroya (10 milyard dollar) qədər azaldılmış İrana ödənilməmiş borcla bağlı Amerika tərəfi ilə əməkdaşlığımız davam edir. İraq Mərkəzi Bankı və Kommersiya Bankından ibarət nümayəndə heyəti ABŞ Maliyyə Nazirliyinin razılaşdırdığı kimi bu pulun Oman Sultanlığına köçürülməsini təmin edəcək düstur tapmaq üzrə razılığa gəlmək üçün çərşənbə günü Omana yola düşüb”, - Sudani deyib. Sudaninin açıqlaması göstərir ki, Bağdad son aylarda İrana olan borcunun 1,9 milyard dollarını artıq ödəyib. İraq elektrik enerjisinə ehtiyacını təmin etmək üçün İrandan qaz idxalına arxalanır. Lakin ABŞ-nin İrana qarşı sanksiyaları Bağdadın Tehrana olan borcunu ödəməsini çətinləşdirib. Vaşinqton İraqın qaz idxalından İrana çatacaq nağd pulu birbaşa İrana köçürməyə icazə vermir, bu pul yalnız bank hesabına yatırılmalıdır. Tehran həmçinin bu vəsaiti yalnız ərzaq və dərman idxalına sərf edə bilər. İraqın baş naziri Məhəmməd Şia Əs-Sudani keçən ay Bağdadın İran qazı müqabilində ona neft verəcəyini, bu mexanizmin ABŞ sanksiyalarından yayınmaq üçün nəzərdə tutulduğunu açıqlamışdı. Avaz.Biz