AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İran bir ayda 43 mindən çox əfqanı “Taliban”a təhvil verib

10:45, 04 Avqust 2023 👁 Oxunub: 43

“Taliban” son bir ayda 43 mindən çox əfqanın İran tərəfindən deportasiya edildiyini, 46 min əfqanın isə öz istəyi ilə ölkələrinə qayıtdığını açıqlayıb.

Bu barədə məlumatı mətbuat konfransında “Taliban” hökumətinin nümayəndəsi Əbdürrəhman Rəşid təqdim edib. İran rəsmiləri vaxtaşırı verdikləri açıqlamalarda İranda təxminən beş milyon əfqanın yaşadığını bildiriblər. Tehran əfqanların adətən Herat və Nimruz əyalətlərində yerləşən sərhəd-buraxılış məntəqələrindən İrana daxil olduqlarını bildirib. Avaz.Biz