AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

"Taliban" İranın “İmam Xomeyni İmdad Komitəsi”nin ofislərini bağladı

13:20, 04 Avqust 2023 👁 Oxunub: 57

Əfqanıstanda “İmam Xomeyni İmdad Komitəsi” Təşkilatının bütün ofislərinin fəaliyyəti dayandırılıb. Bu barədə “Jamaran” saytı məlumat yayıb.

Məlumata görə, "Taliban" qüvvələrinin əmri ilə təşkilatın Kabil, Məzari-Şərif və Heratdakı ofisləri tam qapadılıb. Bildirilir ki, qurumun Kabilbəki ofisinin fəaliyyətinə təqribən 1 ay öncə, Məzari-Şərif və Heratdakı ofislərinin isə iyulun 31-də son qoyulub. Qeyd edək ki, "Taliban" rəhbərliyi İranın humanitar təşkilatın fəaliyyətinə qoyulan qadağanın səbəbləri barədə məlumat verməyib. Avaz.Biz