AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Bloomberg: "Taliban" yüzlərlə kamikadze ilə İran savaşına hazırlaşıb"

11:17, 08 Avqust 2023 👁 Oxunub: 94

Son aylar İranla Əfqanıstan arasında yaranmış gərginlik daha da artıb.

Avaz.Biz xəbər verir ki, iki ölkə arasında əsas mübahisə su problemi ilə bağlıdır. ABŞ-nin məşhur "Bloomberg" nəşri mövzu ilə bağlı diqqət çəkən məqalə dərc edib. Anonim mənbə Amerikanın xəbər agentliyinə bildirib ki, "Taliban" yüzlərlə kamikadze ilə İranla yarana biləcək mümkün su münaqişəsinə hazırlaşır. Nəşr xatırladıb ki, mayın ayının ortalarında İran prezidenti İbrahim Rəisi "Taliban"ın ünvanına su problemləri ilə bağlı təhdid xarakterli fikirlər səsləndirib. O, Sistan və Bəlucistan əyalətində səfərdə olarkən Hirmənd çayından İrana çatan su haqqının ötürülməməsi ilə bağlı Əfqanıstan rəsmilərinə sərt şəkildə xəbərdarlıq edərək deyib ki, "Əfqanıstan su razılaşmasına əməl etməlidir, əks təqdirdə, bunun mənfi nəticələri ilə üzləşəcəklər". "Taliban"ın tanınmış simalarından biri olan general Mobin isə bu bəyanata 20 litrlik su qabını əlinə alaraq istehzalı şəkildə səsləndirdiyi fikirlərlə cavab verib: "Sən Allah, bizə hücum etmə, qorxuruq!". O, Rəisiyə sərt ultimatumlar verməməyi məsləhət görüb. Bu qalmaqallı açıqlamalardan bir həftə sonra iki ölkənin sərhədində atışma baş verib. Nəticədə iki iranlı sərhədçi və bir "Taliban" hərbçisi öldürülüb: "Proseslərlə yaxından tanış olan və qruplaşmaların döyüşə hazır olduğunu deyən etibarlı mənbənin sözlərinə görə, "Taliban" bölgəyə minlərlə əsgər və yüzlərlə kamikadze göndərib". Avaz.Biz