AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

ABŞ: İran PUA-ları barədə sənədləri Ukraynaya təqdim etmişik

16:53, 08 Avqust 2023 👁 Oxunub: 33

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Yaponiyaya səfəri zamanı Rusiyanın Ukraynaya qarşı İran PUA-larından istifadə etməsi barədə hələ də sübut təqdim olunmadığını söyləyib.

Avaz.Biz xəbər verir ki, Abdullahiyanın bəyanatından dərhal sonra ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu məsələ ilə bağlı Vaşinqtonun “qəti” sübut təqdim etdiyini bildirib. “İran hakimiyyəti İran istehsalı hissələri olan vurulmuş pilotsuz təyyarədən başqa nə dəlil istəyir? Əgər İranın xarici işlər naziri tərəfindən sertifikatın alınması ilə bağlı müraciət olubsa, biz onu mütləq təqdim etmişik. ABŞ münaqişə başlayandan bəri Ukraynaya aid məlumatları paylaşıb. Ukraynadan İrana sənədlərin verilməsi barədə qərar Ukrayna hakimiyyətinin əlindədir və ABŞ Kiyevlə əməkdaşlığa hazırdır”, - Miller deyib. Qeyd edək ki, ötən həftə ABŞ Milli Müdafiə Agentliyinin Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi İran PUA-ları ilə bağlı sərgi keçirməsinə baxmayaraq, İranın xarici işlər naziri Yaponiyaya səfəri zamanı Rusiyanın SEPAH hərbi sənayesinin istehsal etdiyi PUA-larla təchiz olunduğunu bir daha danıb. Avaz.Biz