AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

MİT İran casuslarını ifşa etdi: Aralarında azərbaycanlılar da var

13:49, 09 Avqust 2023 👁 Oxunub: 147

Türkiyənin Milli İstixbarat Təşkilatı (MİT) İranın casus şəbəkəsini zərərsizləşdirib.

Avaz.Biz xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, həbs edilənlər arasında azərbaycanlılar da var. Onlardan ikisinin adı məlumdur: Hikmət Əliyev və Seymur Rzayev. İranın pilotsuz uçuş aparatlarının gizli hazırlanması layihəsində azərbaycanəsilli Seymur Rzayev, Türkiyədən yük daşıyan “Buta Logistics” şirkətinin sahibi Hikmət Əliyev, mədən ticarəti ilə məşğul olan Zeynəddin Çalışkan, iranəsilli türk vətəndaşı “Yaşar” kodu ilə ticarət edən Mehmet Çelik və İlyas Yıldırımın iştirak etdiyi müəyyən edilib. MİT tərəfindən İŞİD üzvü olan kuryerin 8,5 milyon avroya İrana satılmaq üçün rəqəmsal karqo ilə İstanbula yola düşdüyü texniki izləmə vasitələri ilə müəyyən edilib. Kuryer İstanbul Beynəlxalq Hava Limanınında keçirilən əməliyyatda saxlanılıb. Rəqəmsal karqoda bütün dünyaya yayılan 9952 İŞİD terrorçusunun bioqrafik kəşfiyyat məlumatları, onların foto CV-ləri və şəxsiyyət məlumatları tapılıb. Avaz.Biz