AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Pakistan İranla qaz xətti layihəsini dayandırıb

15:20, 09 Avqust 2023 👁 Oxunub: 33

İslamabad İranla Pakistan arasında beşillik ticarət sazişinin imzalanmasından cəmi iki gün sonra Vaşinqtonun Tehrana qarşı sanksiyaları səbəbindən İranla qaz kəməri layihəsinin tamamlanması işlərini dayandırdığını açıqlayıb.

Avaz.Biz Pakistanın neft naziri Müsəddiq Malikin ölkə parlamentinə verdiyi yazılı məlumata istinadən xəbər verir ki, İslamabad qaz alqı-satqısı müqaviləsi çərçivəsində İrana fors-major bildiriş göndərərək, bu müqavilə üzrə öhdəliklərini dayandırıb. Pakistanın neft naziri İrana fors-major vəziyyət elan olunmasına etiraz etdiyini də bildirib. Tikintisi 10 ildir ki davam edən İran-Pakistan qaz kəməri layihəsinin Pakistanda yerləşən hissəsində tikinti işləri başa çatdırılmalıdır. 2009-cu il müqaviləsinə görə, bu iş 2014-cü ilin sonuna qədər görülməli idi, lakin layihə dayandırılıb və bu indiyədək kəmərin inşasına 2 milyard dollar xərcləyən Tehranın etirazına səbəb olub. Kəmərin tikintisinin əleyhinə çıxan Vaşinqton bunu ABŞ-nin və Qərbin İrana qarşı sanksiyalarının pozulması kimi qiymətləndirir. Avaz.Biz