Avaz.Biz Pakistanın neft naziri Müsəddiq Malikin ölkə parlamentinə verdiyi yazılı məlumata istinadən xəbər verir ki, İslamabad qaz alqı-satqısı müqaviləsi çərçivəsində İrana fors-major bildiriş göndərərək, bu müqavilə üzrə öhdəliklərini dayandırıb.
Pakistanın neft naziri İrana fors-major vəziyyət elan olunmasına etiraz etdiyini də bildirib.
Tikintisi 10 ildir ki davam edən İran-Pakistan qaz kəməri layihəsinin Pakistanda yerləşən hissəsində tikinti işləri başa çatdırılmalıdır.
2009-cu il müqaviləsinə görə, bu iş 2014-cü ilin sonuna qədər görülməli idi, lakin layihə dayandırılıb və bu indiyədək kəmərin inşasına 2 milyard dollar xərcləyən Tehranın etirazına səbəb olub. Kəmərin tikintisinin əleyhinə çıxan Vaşinqton bunu ABŞ-nin və Qərbin İrana qarşı sanksiyalarının pozulması kimi qiymətləndirir.
Avaz.Biz