AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Tehran neft hasilatını 16% artırır

16:50, 09 Avqust 2023 👁 Oxunub: 58

İran sentyabrın üçüncü ongünlüyünə qədər neft hasilatını təqribən 16% və ya sutkada 3,5 milyon barrelə qədər artıracaq.

Avaz.Bizxəbər verir ki, bunu İran Milli Neft Şirkətinin (INOC) baş direktoru Roknəddin Cavadi deyib. "Yaxın iki həftə ərzində İranda dəniz və quru yataqlarında neft hasilatının həcmi ümumilikdə 150 ​​min barrel artacaq. Sentyabrın sonunadək hazırkı hasilat həcminə daha 100 min barrel əlavə olunacaq. Sentyabrda İranda neft hasilatı sutkada 3,5 milyon barrelə çatacaq”, - deyə Cavadi bildirib. Xatırladaq ki, mayın əvvəlində neft naziri Cavad Ouci bildirmişdi ki, İranda neft hasilatının həcmi sutkada 3 milyon barreli keçib. İyulun əvvəlində isə nazir qeyd edib ki, İran hakimiyyəti neft və qaz hasilatını artırmaq niyyətindədir. Bəzi mütəxəssislər hasilatın artırılmasını ölkədə günbəgün ağırlaşan iqtisadi vəziyyətlə əlaqələndirirlər. Avaz.Biz