AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

“İranın ərazi sularından uzaq durun” - XƏBƏRDARLIQ

10:36, 14 Avqust 2023 👁 Oxunub: 88

Qərbin Dəniz Qüvvələri "İranın ərazi sularından uzaq durun" xəbərdarlığı ilə ticarət gəmilərinə müraciət edib.

ABŞ başda olmaqla, Yaxın Şərqdəki Qərb ölkələrinin dəstəklədiyi dəniz qüvvələri Hörmüz boğazından keçmək istəyən gəmilərə xəbərdarlıq edib. Ticarət gəmilərinə İranın Silahlı Qüvvələri tərəfindən ələ keçirilmə riski səbəbindən İranın ərazi sularından mümkün qədər uzaq durmaq barədə məlumat verilib. Məlumata görə, bu xəbərdarlıq 5 Amerika vətəndaşının azad edilməsinə dair razılaşma və Cənubi Koreya sularında İranla bu ölkə arasında gərginliyin yüksək səviyyədə olması ilə bağlıdır. Avaz.Biz