AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranda dövlət borcu likvidlik problemini pik həddə çatdırıb

13:52, 14 Avqust 2023 👁 Oxunub: 30

Bu ilin iyul ayında İranın dövlət borcunun ləğvi səviyyəsi ötən ilin eyni ayı ilə müqayisədə 27,5% artaraq 6694 trilyon tümənə çatıb.

Avaz.Biz xəbər verir ki, İran Mərkəzi Bankı likvidliyin həcminə istinad etmədən yalnız artımı göstərməklə yeni statistik məlumat yayıb. Qurum 6694 trilyon tüməni artım kimi təqdim etsə də, ötənilki statistikaya baxış zamanı likvidliyin 6,7 trilyon tümən həddinə çatdığı göstərilir. Qeyd edək ki, likvidlik inflyasiyanın ən mühüm amilidir. Dünya Bankı bu yaxınlarda Venesuela, Livan, Zimbabve və Argentinadan sonra İranın dünyada ən yüksək ərzaq inflyasiyasına malik olduğunu sübuta yetirən hesabat açqılayıb. Dünya Bankının qlobal miqyasda ərzaq mallarının inflyasiyası ilə bağlı statistikasının son yenilənməsinə görə, İranda bu ilin may ayında ərzaq məhsullarının inflyasiyası 78% təşkil edib. İbrahim Rəisi hökuməti hakimiyyətə gələndən bəri ölkənin likvidliyi 70%-dən çox artaraq 2773 trilyon tümənə bərabər olub. Likvidliyin artmasının əsas səbəbi büdcə kəsirinə görə hökumətin ölkənin banklarından və maliyyə qurumlarından borc alması, maliyyə borclarını ödəmək üçün Mərkəzi Bankı nəzarətsiz pul çapına məcbur etməsidir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, cari ildə İranda likvidliyin 38%-dən çox artacağı və dövlət borcunun məbləğinin ÜDM-in üçdə birinə, yəni 118 milyard dollar ekvivalentinə çatacağı gözlənilir. Bu hesablamalara əsasən, bu il büdcə kəsirindən qaçmaq üçün İran hökumətinə qlobal neft qiymətlərinin 351 dollara çatması lazımdır ki, bu da hazırkı məzənnədən 4 dəfə çoxdur. Gələn il isə dünya bazarında neftin qiymətinin 375 dollar olmayacağı təqdirdə İbrahim Rəisi hökumətinin borcu 2024-cü ildə daha 9 milyard dollardan çox artacağı və İranda likvidliyin də 33% sıçrayacağı bildirilir. Avaz.Biz