AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranın “Kritik zona” filmi Lokarnoda “Qızıl Bəbir” mükafatını qazanıb

14:47, 14 Avqust 2023 👁 Oxunub: 119

İranlı rejissor Əli Əhmədzadənin çəkdiyi “Kritik zona” filmi 76-cı Lokarno Festivalının "Ən yaxşı film" nominasiyasında “Qızıl Bəbir” mükafatına layiq görülüb. Əhmədzadənin ölkədən çıxışına qadağa qoyulduğuna görə Lokarnoda mükafatı filmin prodüseri alıb.

Avaz.Biz xəbər verir ki, Tehran küçələrində “gizli” və “icazəsiz” çəkilən bu filmdə kino işlərinə senzura və məcburi hicaba dair İranın ümumi qaydalarına əməl olunmayıb. Bundan əvvəl Amerikanın iki kino mediası İran təhlükəsizlik qurumlarının “Kritik zona” filminin rejissoru Əli Əhmədzadəyə filmini Lokarno Festivalından geri çəkdirmək üçün təzyiq göstərdiyini bildirmişdi. Filmin prodüseri Sina Ətayian Dana 2023-cü il Lokarno Festivalının “Qızıl Bəbir” mükafatını alarkən Əli Əhmədzadənin mərasimdə iştirak edə bilmədiyindən təəssüfləndiyini vurğulayaraq, onun yeganə günahının film çəkmək və incəsənət yaratmaq olduğunu söyləyib. “Əli Əhmədzadənin son filmi İran xalqının özünü inqilab şəklində göstərmiş qəzəbini sərgiləyir. Sizdən Əlinin burada olmamasına və sənətkarların senzuraya məruz qalmasına qəzəblənmənizi istəyirəm”, - Dana deyib. Qərb siyasətçilərini İran rejimi ilə “barışıq və sövdələşmədə” günahlandıran Dana Qərbin vətəndaş cəmiyyətinə çağırış ünvanlayıb. - İranda döyüşən insanların sizinlə ümumi dəyərləri var: azadlıq, demokratiya və insan haqları. Əgər onları insani nöqteyi-nəzərdən dəstəkləmək istəmirsinizsə, heç olmasa strateji olun və müttəfiqlərinizi dəstəkləyin”, - prodüser vurğulayıb. Rejissor Əli Əhmədzadə bundan əvvəlki “Kami partiyası” və “Atom qəlbli ana” filmlərini İranda nümayiş etdirilmək üçün bir çox problemlərlə üzləşib. “Pədidə” adlı üçüncü filmi isə indiyədək nümayiş etdirilməyib və onun taleyinin necə olacağı bəlli deyil. Avaz.Biz