AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İran Rusiya ilə vizaları tamamilə ləğv etməyə hazırdır

11:36, 16 Avqust 2023 👁 Oxunub: 26

“İran Rusiya ilə vizaların tamamilə ləğvinə getməyə hazırdır”.

Avaz.Biz xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində İranın Moskvadakı səfiri Kazem Cəlali deyib. Diplomat qeyd edib ki, İran və Rusiya hazırda vizasız qrup turist səfərləri haqqında sazişin icrasının lap başlanğıcındadır: “Ölkələrimiz arasında vizaların tam ləğvinə gəlincə, qeyd etmək istərdim ki, İran bu addıma - dövlətlərimizin vətəndaşlarının bir-birinə sərbəst gediş-gəlişi üçün vizanı ləğv etməyə tam hazırdır. Təbii ki, rəsmi şəxslərimizdən müvafiq qərarlar gözləyirik, ondan sonra bu tədbirlər təsdiqlənəcək və tətbiq olunacaq”. Avaz.Biz