AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Sinanyan: "İrəvan İranla dostluq əlaqələrinə önəm verir"

15:30, 16 Avqust 2023 👁 Oxunub: 102

Ermənistanın Diasporla iş üzrə baş komissarı Zareh Sinanyan İranın yeni səfiri Mehdi Sobhanini qəbul edib.

Avaz.Biz xəbər verir ki, bu barədə baş komissarlıq məlumat yayıb. Qeyd edilir ki, Sinanyan səfirə rəhbərlik etdiyi qurumun həyata keçirdiyi proqramları təqdim edib. "Ermənistan-İran tarixi və mədəni əlaqələri, bir çox sahədə əməkdaşlıq nümunələri möhkəm əlaqələrə dəlalət edir. Ermənistan İranla dostluğa önəm verir və ikitərəfli əlaqələri yüksək qiymətləndirir", - Sinanyan bildirib. Tərəflər "minillik" Ermənistan-İran əlaqələrinin əhəmiyyətini, ikitərəfli münasibətlərdə erməni diasporunun rolunu vurğulayıb, yeni sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Avaz.Biz