AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Almaniyada İran hökumətinə yaxın islam mərkəzləri bağlanacaq

17:30, 17 Avqust 2023 👁 Oxunub: 30

Almaniyanın Yaşıllar Partiyasının lideri Omid Nuripur Frankfurt İslam Mərkəzinin Almaniyadakı İran əleyhdarlarını təhdid edən hərəkətlərindən və bu qurumun Hamburq İslam Mərkəzi ilə əlaqəsindən danışıb.

O sözügedən iki mərkəzi təhlükə adlandırıb. Partiya rəhbəri Almaniya demokratiyasına müraciət edərək, adıçəkilən mərkəzlərin dərhal bağlanmasına çağırış edib. Nuripur “X” hesabında (keçmiş “Twitter”) yazıb: “Frankfurt İslam Mədəniyyəti Mərkəzi İran hökumətini tənqid edənləri təhdid edir, İran rejiminin təbliğat aparatı rolunu oynayır və Hamburq İslam Mərkəzi ilə sıx əlaqələrə malikdir. Bu iki mərkəz demokratiyamızı təhdid edir və dərhal bağlanmalıdır”. Avaz.Biz