AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Ticarət palatasının üzvü: “Çətin dövrlərə hazır olun”

18:20, 17 Avqust 2023 👁 Oxunub: 25

Son günlər paytaxt Tehran da daxil olmaqla İranın bir sıra şəhərlərində yanacaqdoldurma məntəqələrində qeydə alınan böyük növbələr və benzinin qiymətinin artması ilə bağlı yayılan söhbətlər ölkə əhalisinin ciddi sınaqlara hazır olması zərurətini aktuallaşdırır.

Avaz.Biz xəbər verir ki, İranın Ticarət Palatasının Enerji komissiyasının rəhbəri Həmidrza Salehi “Dideban İran” saytına müsahibəsində hökumətin benzinin gündəlik doldurulma limiti ilə bağlı açıqlamasının psixoloji təsir göstərdiyini söyləyib. “Özümüzü “pis günlərə” hazırlamalıyıq. O günlərə ki, qonşular öz maraqlarını başqa yerdə həyata keçirə və İranı benzinlə təmin etməyə bilər. Öz ayaqlarımız üzərində dayana bilməliyik ki, belə vaxtlarda başqalarına ehtiyacımız olmasın”, - Salehi deyib. İstisna deyil ki, məmur Rusiyadan İrana benzin ixracının dayandırılması xəbərinə eyham vurur. Bəzi mənbələrin məlumatına görə, ötən günlərdə Rusiya İrana gündəlik 10 milyon litr benzin ixracını dayandırmaqla yanaşı, Türkmənistan və Özbəkistandan İrana benzin göndərməməyi xahiş edib ki, bu da İranın yanacaq ehtiyatlarının xeyli azalmasına səbəb olub. İranın neft naziri Cavad Oci isə hökumətin idarə heyətinin dünənki iclasında bu sahədə problemlər yarandığını inkar edib. - Narahat olmayın, şayiələrə fikir verməyin, çünki benzin bahalaşmayacaq və hökumətin belə planı yoxdur. Benzin tədarükü proseduru normal həyata keçirilir və keçən illə müqayisədə ehtiyatda 150 milyon litr benzinimiz var”, - nazir deyib. Qeyd edək ki, yanacaq kartlarından istifadəyə yeni məhdudiyyətlərin tətbiqindən sonra İranın müxtəlif şəhərlərində uzun benzin növbələri vətəndaşların tənqidinə səbəb olub. Avaz.Biz