AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Rəisinin Ouenlə qiyabi polemikası

12:15, 19 Avqust 2023 👁 Oxunub: 39

1979-cu ildə Tehranda İslam inqilabı vaxtı Böyük Britaniyanın xarici işlər naziri olmuş Devid Ouen bir neçə gün öncə “Guardian” qəzetinə müsahibəsində İranda 1953-cü ilin avqustunda baş vermiş çevrilişdə İngiltərənin rolunun qəbul edilməsinin bu ölkənin etibarının İranın islahat hərəkatı üçün faydalı olduğunu bildirib.

Avaz.Biz xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Devid Ouenin 1953-cü il çevrilişində Britaniyanın rolunun qəbul edilməsi zərurəti ilə bağlı açıqlamasını “iğtişaşlara dəstək mesajı” kimi qiymətləndirib. O, SEPAH komandirləri və rəsmiləri qarşısında çıxışında Devid Ouenə “əgər 19 avqust 1953-cü ildə SEPAH olsa idi, siz heç vaxt belə bir xəyanətə cürət etməzdiniz” cavabını verib. İbrahim Rəisinin qıcıqlandıran həmin müsahibədə Devid Ouen indi İranda böyük islahatların aparılması zərurətinə toxunub. “19 avqust çevrilişində İngiltərənin rolunu qəbul etmək bu ölkənin etibarı və İranın islahat hərəkatı üçün faydalıdır. 1953-cü ildə demokratik inkişafın dayandırılmasında Birləşmiş Ştatlara qoşulmaqda Britaniyanın rolunu etiraf etmək üçün yaxşı səbəblər var. Bu səhvi və İranı demokratiyaya aparan yola dəymiş ziyanı qəbul etməklə, yəqin ki, indi böyük ölçüdə islahatlar mümkün olacaq”, - Ouen deyib. Bunun qarşılığında Rəisi iranlıları sadiq, güclü və riskə gedən xalq, İranın rəhbərini isə “müqavimətli və dəyanətli” şəxs kimi qiymətləndirib. “Nə qədər ki, belə bir xalq səhnədədir, sizin əlinizdən heç nə gələn deyil”, - Rəisi bildirib. İran prezidenti həmçinin regionda “təhlükəsizlik təminatçısı” kimi SEPAH-ın rolunu xüsusi vurğulayıb. Sahil İsgəndərov Kamran İsayev Avaz.Biz