AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Vang Yi: İran-Səudiyyə Ərəbistanı əlaqələri yaxşılaşır

12:35, 21 Avqust 2023 👁 Oxunub: 23

Çinin İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyindən sonra hər iki ölkə münasibətləri yaxşılaşdırmaq üçün addımlar atmağa davam edib və bu, Yaxın Şərqdə “barışıq dalğasına” gətirib çıxarıb.

Avaz.Biz xəbər verir ki, Çinin xarici işlər naziri Vang Yi bu gün verdiyi bəyanatda ölkəsinin indidən sonra da Yaxın Şərqdə münasibətlərin tənzimlənməsinə dəstək verəcəyini bildirib. “Çin İran tərəfinin düzgün qərarını yüksək qiymətləndirir və Pekin Yaxın Şərq ölkələrinin milli şərtlərinə uyğun inkişafa nail olmaq üçün dəstəyini davam etdirəcək”, - Yi deyib. İranla və Səudiyyə krallığı bu ilin mart ayında Çinin vasitəçiliyi ilə 7 ildən sonra əlaqələrini bərpa edərək, qarşılıqlı şəkildə səfirliklərini yenidən açıblar. Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşması Yəmən müharibəsi də daxil olmaqla, Yaxın Şərqdəki digər böhranlara da öz təsirini göstərir. Çinin xarici işlər naziri həmçinin yalnız JCPOA-nın (İranın nüvə problemi üzrə 5+1 formatı) bütövlüyünün bərpası və tam icrası ilə İranın nüvə proqramı ətrafında mübahisəni əsaslı şəkildə həll etməyin mümkünlüyünü vurğulayıb. JCPOA-nı canlandırmaq cəhdləri isə hələlik nəticə verməyib. ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2019-cu ildə ölkəsini nüvə sazişindən çıxararaq, yeni razılaşma imzalamaq üçün “maksimum təzyiq strategiyası” çərçivəsində Tehrana qarşı geniş sanksiyalar tətbiq edib. O vaxtdan bəri İran JCPOA çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərdən imtina edərək nüvə fəaliyyətlərini genişləndirib. Co Bayden hökuməti JCPOA-nı canlandırmaq üçün danışıqların yeni raunduna başlasa da, proses ötən ilin yayında dayandırılıb. Avaz.Biz