AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Tramp İranla müharibə planın qolf kurortunda qoyub

14:23, 22 Avqust 2023 👁 Oxunub: 37

ABŞ-nin sabiq prezidenti Donald Tramp öz hakimiyyəti dövründə İranla müharibə üçün çox məxfi planı qolf kurortunda divanda “unudub”.

Avaz.Biz Amerikanın “ABC News” kanalına istinadən xəbər verir ki, Donald Trampın prezidentliyi vaxtı Ağ Evin aparat rəhbəri olmuş Mark Medouz öz memuarlarında bu barədə yalnız qısaca xatırlatma edib. Çünki bu məsələ ABŞ-nin keçmiş prezidenti üçün “problemli” ola bilər. İki il əvvəl Donald Tramp İrana hücumla bağlı son dərəcə məxfi sənədi çıxararaq Nyu Cersi ştatına gətirmişdi. Medouzun kitabı üçün müsahibə zamanı Tramp bu sənədi kitabın müəllifinə və naşirinə göstərib. “Trampın masasının qarşısındakı divanda ABŞ ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millinin şəxsən yazdığı dörd səhifəlik hesabatlarda generalın İrana hücum planı var. Donald Tramp bu məxfi planla bağlı düşünüldüyündən daha ehtiyatsız davranıb, halbuki bu məsələ İran, İsrail və Səudiyyə Ərəbistanının o zamankı düşmənləri üçün çox həssas məsələ olub”, - “ABC News” bildirib. İyun ayında ABŞ-nin keçmiş prezidenti gizli dövlət sənədlərinin saxlanması ilə bağlı federal qanunların pozulması barədə bütün ittihamları rədd etdi. O, Mayami şəhərindəki federal məhkəməyə gələrək özünü günahsız elan edib. Avaz.Biz