AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Deputat: İqtisadi göstəricilər və statistika məxfi saxlanılmalıdır

16:30, 22 Avqust 2023 👁 Oxunub: 34

Statistik məlumatların və iqtisadi göstəricilərin açıqlanmamasını dəstəkləyən İslam Şurasının üzvü Firudin Abbasi hazırda hətta buğda və əsas mallar, çaylar və bəndlərdəki suyun miqdarı ilə bağlı hər hansı məlumatın təhlükəsizlik risklərinə səbəb ola biləcəyini söyləyib.

Avaz.Biz xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri və parlamentin Enerji komissiyasının üzvü Firudin Abbasinin sözlərinə görə, hökumət təhlükəsizlik və kommersiya məlumatlarını şəffaflaşdırılmamalıdır, çünki onlardan istifadə edən düşmən ölkəyə zərər vurə bilər. “İqtisadi müharibə şəraitində ölkənin iqtisadi məlumatları açıqlanmamalıdır. Ümumiyyətlə, iqtisadiyyat sahəsində bəzi məlumatlar var ki, onlar bəzən təhlükəsizlik məlumatlarından daha vacibdir və bu məlumatlar açıqlansa, məsələn, ərzaq təhlükəsizliyini hədəfə ala bilər. Hətta strateji əmtəə kimi buğda ilə bağlı statistika da dərc edilməməlidir. Düşmənlər məlumat tapsalar, buğdanın idxalına mane ola bilərlər. Həmçinin neft satışının müzakirəsində statistika və şəffaflıq vermək də düzgün deyil. İstənilən statistik məlumatların, o cümlədən ölkənin coğrafi məsələləri, çaylardakı suyun miqdarı, bəndlər və elektrik enerjisinin miqdarı ilə bağlı dərc olunması da ölkəyə zərərlidir”, - Abbasi deyib. Yeri gəlmişkən, 2013-cü ildən 2023-cü ilin aprelinə qədər Mərkəzi Bankda iqtisadi məsələlər üzrə müavin vəzifəsini tutmuş Peyman Qurbani son günlərdə Mərkəzi Bankın keçmiş rəhbəri Əbdülnasir Himmətini COVİD-19 pandemiyası dövründə Beynəlxalq Valyuta Fondundan 5 milyard dollarlıq kredit almaq üçün “valyuta vəziyyəti və inflyasiya səviyyəsi də daxil olmaqla ölkənin məxfi məlumatlarını” həmin quruma təqdim etməkdə günahlandırıb. Avaz.Biz