Avaz.Biz SEPAH-a bağlı “Təsnim” xəbər agentliyinin məlumatına istinadən bildirir ki, Məhəmməd Hüseyn Vilayəti qeyri-işgüzar səfərlə Əfqanıstana qanuni yolla və hava sərhədindən daxil olub. 10 gün Kabildə qaldıqdan sonra geri qayıdanda heç bir konkret izahat verilmədən Kabil Hava Limanında həbs edilib.
Sorğulara baxmayaraq, Məhəmməd Hüseyn Vilayətinin həbsinin səbəbi ilə bağlı "Taliban" heç bir açıqlama, eləcə də xəbərə də heç bir reaksiya verməyib.
Avaz.Biz