AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İrəvan Ermənistan-İran biznes forumuna ev sahibliyi edəcək

12:25, 23 Avqust 2023 👁 Oxunub: 34

"Ermənistanın İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, avqustun 25-dən 26-dək İrəvan Ekspo Mərkəzində Ermənistan-İran biznes forumu keçiriləcək".

Bu barədə "Fars News" məlumat yayıb. Qeyd edilir ki, forumda İranın azad və xüsusi iqtisadi zonalarının investisiya paketləri və ixrac imkanları, iki ölkə arasında əməkdaşlıq, turizm potensialı təqdim olunacaq. Tədbirdə ixrac və idxal şirkətləri, turoperatorlar, kosmetika, məişət texnikası, tekstil, avtomobil hissələri, LED lampalar, istixana və kənd təsərrüfatı avadanlıqlarının istehsalçıları, tikinti və sığorta şirkətlərinin iştirakı nəzərdə tutulur. Avaz.Biz