Bu barədə "Fars News" məlumat yayıb. Qeyd edilir ki, forumda İranın azad və xüsusi iqtisadi zonalarının investisiya paketləri və ixrac imkanları, iki ölkə arasında əməkdaşlıq, turizm potensialı təqdim olunacaq.
Tədbirdə ixrac və idxal şirkətləri, turoperatorlar, kosmetika, məişət texnikası, tekstil, avtomobil hissələri, LED lampalar, istixana və kənd təsərrüfatı avadanlıqlarının istehsalçıları, tikinti və sığorta şirkətlərinin iştirakı nəzərdə tutulur.
Avaz.Biz