AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Əsir mübadiləsinə dair ABŞ-İran razılaşması “tətbiq mərhələsinə” daxil olub

13:55, 23 Avqust 2023 👁 Oxunub: 110

Bir müddət əvvəl bəzi məsələlərlə bağlı müəyyən şərtlər daxilində əldə olunmuş Tehran-Vaşinqton razılaşmasının icra mərhələsi başlamaq ərəfəsindədir.

Avaz.Biz xəbər verir ki, Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari Dohanın vasitəçiliyi ilə İranla ABŞ arasında əsir mübadiləsi sazişinin “tətbiq mərhələsinə” daxil olduğunu bildirib. Əl-Ənsari Dohanın vasitəçi rolunun davam etdiyini, ölkəsinin razılaşmanın həyata keçirilməsi, məhbusların azad olunması və İranın banklardakı vəsaitlərinə qoyulmuş həbsin aradan qaldırılması üçün müxtəlif tərəflərlə məsləhətləşmələr apardığını vurğulayıb. ABŞ Dövlət departamenti iki həftə əvvəl beş amerikalı məhbusun azadlığa buraxması müqabilində İranın Cənubi Koreya banklarında illərlə bloklanmış neft pullarının 6 milyard dollarını alacağını təsdiqləyib. Qətər Xarici İşlər Nazirliyinin sözçüsünün bəyanatından belə təsəvvür yaranır ki, məhbus mübadiləsinin Dohada həyata keçirilib-keçirilməyəcəyi və ya azad edilmiş İran vəsaitlərinin Qətər banklarına çatacağı barədə danışmaq hələ tezdir. Yəqin ki, məhz buna görə də beş Amerika vətəndaşı hazırda İranda ev dustaqlığındadır. Son anlaşma çərçivəsində bu 5 nəfərlə mübadilə edilməli olan Amerikadakı iranlı məhbusların sayı ilə bağlı isə hələlik heç bir təfərrüat açıqlanmayıb. Avaz.Biz