AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

MİT İranda terrorda iştirak etmiş şəxsi zərərsizləşdirdi

15:49, 23 Avqust 2023 👁 Oxunub: 33

Türkiyə Mili İstixbarat Təşkilatı (MİT) terror təşkilatı PKK-nın "nüfuzlu" şəxslərindən sayılan Bəkir Kınanı İraqın Süleymaniyyə şəhərində zərərsizləşdirib.

Avaz.Biz “Star” qəzetinə istinadən xəbər verir ki, bu şəxs Türkiyə Silahlı Qüvvələri, polis və MİT üzvlərinə qarşı sui-qəsd etmək üçün təlim keçib. Kod adı "Bawer Botan" olan bu şəxs 2019-cu ildə İraqa gedərək PKK-ya qoşulub. Maraqlıdır ki, o, indiyədək İran və İraqda terror fəaliyyətlərində iştirak edib. Təlim keçdikdən sonra terrorçunun qanunsuz yollarla Türkiyəyə göndəriləcəyi xəbəri təsdiq olunub. Bu səbəbdən də hərəkətə keçən MİT terrorçunu sui-qəsdlə bağlı təlim aldığı ərazidə əməliyyat keçirərək zərərsiz hala gətirib. Avaz.Biz